AZ

Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

“Evdə təhsil nə qədər vacib olsa da, əksər hallarda sonuncu çıxış yolu kimi qəbul edilir. Bu bizə də məlumdur. Əgər açıq internet resurslarına və ya tibbi sənədlərə nəzər yetirsək, görərik ki, evdə təhsilə səbəb olan hallar, əsasən, ciddi tibbi məhdudiyyətlərlə bağlıdır”.

Modern.az xəbər verir ki, bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili barədə danışarkən səsləndirib.

O bildirib ki, bu hallar, əsasən, xəstəliklərlə bağlı olur və həmin xəstəliklər elə səviyyədədir ki, uşağın məktəbə davamlı şəkildə getməsi mümkün olmur: “Qanunvericilikdə də bu açıq şəkildə qeyd olunur: əgər uşaq məktəbə gəlmək imkanında deyilsə, təhsilə ev şəraitində cəlb olunur. Bu isə əsasən ağır və xroniki xəstəliklər zamanı baş verir. Əlbəttə, təhsil sosial bir prosesdir. Uşaq sinifdə, qrupda, yaşıdları ilə birlikdə təhsil aldıqda öyrənmə daha effektiv olur. Ev şəraitində bu prosesi təşkil etmək isə asan deyil”.

Anar Xələfov qeyd edib ki, bu, sağlamlıq imkanları məhdud uşaqların icbari təhsil hüququnu təmin etmək üçün yeganə vasitə olaraq qalır.

“Bəzi valideynlər nədənsə evdə təhsilə daha çox maraq göstərirlər. Bu, paradoksal bir haldır. Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur. Təhsil sosial bir prosesdir. Uşağın məktəb mühitini görmək imkanları məhdudlaşır. Təbii ki, bu zaman əsas səbəb kimi yaxın ərazidə xüsusi məktəbin olmaması göstərilir. Lakin belə hallarda biz həmin uşağın yaşayış yerinə ən yaxın məktəbdə xüsusi sinif təşkil edə bilərik”, – deyə o əlavə edib.

Seçilən
0
1
modern.az

2Mənbələr