Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov və nümayəndə heyəti rəhbərinin müavini deputat Ceyhun Məmmədov mayın 11-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində deputatlar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 19-cu plenar iclasına qatılacaqlar.Səfər mayın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31