“Çelsi”nin baş məşqçisi, italyan mütəxəssis Entso Mareska vurğulayıb ki, “zadəganalar” cari mövsümün Konfrans Liqasını qazanmalıdırlar.
Arena.az xatırladır ki, “Çelsi” yarışın yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Yurqorden” üzərində 4:1 hesablı inamlı qələbə qazanıb.
“Mən öz oyunçularımı bunda əmin etmək istəyirəm ki, qalib zehniyyətini gündən-günə yeniləmək gərəkdir. Ən əsası odur ki, Konfrans Liqasında qalibiyyət zehniyyətimizi yeniləmək baxımından əla bir üsul olardı. Biz bu yarışı qazanmalıyıq. Əgər bu, baş versə, onda biz sübut etmiş olacağıq ki, “Çelsi” qayıdıb”, – “Çelsi”nin rəsmi saytı Mareskadan sitat gətirir.
Xatırladaq ki, cavab oyunu çərçivəsində “Çelsi” “Yurqorden”i bu gün, mayın 8-də “Stemford Bric”də qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.