AZ

Seymur Orucov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Seymur Orucov Ağstafanın Gürcüstanla həmsərhəd olan Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinləyib. 

"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Ağstafa RİH başçısının Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaşların növbəti səyyar qəbulunda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslər və kənd sakinləri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, rayon mərkəzindən 54 km məsafədə yerləşən Sadıqlı, o cümlədən rayonun bütün yaşayış məntəqələrinin sakinləri “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilərlər. Bu dövlətimizin yerlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanmış addımlardan biridir.

Kənd ağsaqqalları, Fərhad Hacıyev və Tahir Musayev çıxış edərək ölkəmizin bütün sahələrdəki dinamik inkişafına, ictimai-siyasi sabitliyk və əminamanlığına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ağstafalılar adından dərin minnətdarlıqlarını ifadə ediblər.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
 

Seçilən
0
2
unikal.az

3Mənbələr