Bu il IV və VI siniflərin monitorinqinin bir hissəsi kompüter əsaslı formatda aparılacaq.Mebuat.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan xəbər verilib. Bildirilib ki, əvvəlki illərlə müqayisədə bu ildən etibarən monitorinqin müəyyən bir hissəsi kompüter əsaslı formatda baş tutacaq.Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan IV və VI siniflərin təxminən 10000 şagirdinin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır. Bu addım monitorinq prosesində kompüter əsaslı qiymətləndirmə modelinə keçidin mərhələli şəkildə həyata keçirilməsini təmin etməyə xidmət edəcək.Monitorinqdə IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq kodlaşan sual, VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq kodlaşan sual təqdim olunacaq. Səhv cavablar düz cavablara təsir göstərmir. Monitorinqdə ümumilikdə proses IV siniflərdə 150 dəqiqə, VI siniflər də isə 180 dəqiqə ərzində təşkil olunacaq.Monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 17 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, 18 may tarixində isə VI siniflərində monitorinq təşkil olunacaq. Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.