AZ

Xanımların nəzərinə -

Son illərdə qadınlar arasında kirpik qaynağı və kirpik laminasiyası prosedurlarına maraq xeyli artıb. Daha uzun, qalın və formalaşdırılmış kirpiklərə sahib olmaq üçün tətbiq olunan bu üsullar estetik baxımdan cazibədar görünsə də, onların göz sağlamlığına təsiri ilə bağlı müəyyən risklər də mövcuddur.Oftalmoloq həkim Elnarə Məmmədova Metbuat.az-a açıəqlamasında bu prosedurları məsləhət görmədiyini söyləyib: “Həm kiprik qaynağı, həm də kiprik laminasiyası zamanı göz hərəkət etdikdə tətbiq olunan materiallar buynuz qişaya toxunur və ona müəyyən təsir göstərir. Nəticədə buynuz qişanın səthi nahamarlaşır və xəstədə diskomfort hissi yaranır. Bəzən kiprik qaynağı edilmiş pasiyentlərdə kipriklərin üzərində toz yığılıb qalır, çünki bu cür kipriklər tam təmizlənmir. Bu isə “demodeks” adlanan kiprik gənəsinin yaranmasına səbəb ola bilər. Kipriklərdə toz və digər çirklər infeksiyaların və mikrobların yayılmasına şərait yaradır”.E.Məmmədova əlavə edib ki, bu prosedurlar hətta buynuz qişada eroziya və qıcıqlanmaya səbəb ola bilər:“Əgər mütləq istifadə olunacaqsa, bu, maksimum bir aylıq olmalıdır. Lakin ən yaxşısı odur ki, qadınlar təbii kipriklərindən istifadə etsinlər, bu, göz sağlamlığı baxımından daha təhlükəsizdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
1
metbuat.az

2Mənbələr