Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 8-də Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Bu barədə AzEdu.az-a Dövlət İmahan Mərkəzindən xəbər verilib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Ümummilli liderin ruhu qarşısında baş əyib, məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.