“Bavariya” “Bayer”in çexiyalı hücumçusu Patrik Şiki qoleadoru Harry Keynə potensial əvəzləyici kimi nəzərdən keçirir.
Msport.az xəbər verir ki, 29 yaşlı forvardla əməkdaşlıq barədə müzakirələr aparılır.
Leverkuzen təmsilçisi bombardirini 25 milyon avroya satmağa hazırdır. Lakin tərəflər hələ maliyyə məsələsinin müzakirəsinə başlamayıblar.
Qeyd edək ki, Patrik Şik cari mövsüm Bundesliqada keçirdiyi 29 oyunda 19 qol vurub.