AZ

İlham ƏliyevinMoskvaya səfər etməmə səbəbləri– ÖZƏL

"Azərbaycan və Rusiya arasındakı münasibətlər həmişə səmimi, açıq olub və Rusiyanın maraqlarını heç vaxt zərbə altında qoymayıb. Hətta üçüncü tərəflərin Azərbaycan vasitəsilə Rusiyaya təsiretmə imkanlarının qarşısını alıb. Yəni, Azərbaycan münasibətlərdə səmimi, açıq və etibarlıdır. Lakin, təəssüf ki, bu müddət ərzində biz heç vaxt Rusiyanı da belə görməmişik. Rusiya həmişə  Azərbaycandan sui-istifadə etməyə çalışıb, Azərbaycana qarşı basqı siyasəti yürüdüb və ümumiyyətlə Azərbaycanı hələ də özünün koloniyası kimi görmək istəyib".

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Ona görə də Azərbaycan dövləti imkanları genişləndikcə, Rusiyaya nəyin nə olduğunu göstərmək məcburiyyətində qalıb. Yalnız şəxsi qənaətimdir ki, Prezident İlham Əliyevin qeyd edilən səbəblərdən dolayı parada getməməsi, Moskvaya səfər etməməsi bu məsələlərlə bağlı deyil.

Ümumiyyətlə, indi vəziyyət elədir ki, gedib  işğalçı Putinlə bir sırada dayanıb dünyanı bizə güldürə bilmərik. Azərbaycan Prezidenti dövlətin, millətin maraqlarını, mənafeyini və imicini qorumağın vacib olduğunu hamımızdan yaxşı bilir. Əgər o, Putinlə bir sırada orada dayansaydı, əlbəttə ki, Azərbaycanın imicinə ciddi zərbə vurulmuş olardı.

Düşünürəm ki, Prezident İlham Əliyev də məhz bundan, həm də digər faktorlardan çıxış edərək Moskvaya getmir. Getmir, düz edir. Mən, Putin onu mart ayında zəng edib dəvət edəndən sonra, bütün televiziya çıxışlarımda açıq şəkildə çağırışlar etmişəm, fikirlər səsləndirmişəm ki, Azərbaycan Prezidenti bu kampaniyada iştirak etməməlidir, etməyəcək. Ümidlərimi ifadə etmişəm. Görürsünüz mü, Azərbaycan Prezidenti xalqın bir nümayəndəsi olaraq bizim kimi insanların ümidlərini növbəti dəfə ciddi şəkildə doğrultdu. Bax, ona görə də Azərbaycanda prezident İlham Əliyevə etimad durmadan artır və möhkəmlənir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr