Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezident təqaüdünə layiq görülən şəxslərdən biri də Azərbaycanın Xalq artisti Sabir Məmmədovdur.
Modern.az mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlayıb.
Xalq artisti ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib:
“Bu bizim üçün daha böyük stimuldur. Sizə də diqqətinizə görə təşəkkür edirəm".