Bakı. Trend:
“İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciətiəsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlarauyğun olaraq Şuşa rayonu ərazisində yerləşən “Turşsu”radio-televiziya yayım stansiyasından “İctimai Radio”nunproqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin “İctimaiTeleviziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılıb.
Trend xəbərverir ki, bu barədə Audiovizual Şuranın bu gün keçirilən iclasındamüvafiq qərar qəbul edilib.
İclasda daha sonra “Səhiyyə TV” televiziya kanalının adınındəyişdirilməsi ilə bağlı “Səhiyyə TV” MMC-nin Audiovizual Şurayamüraciətinə baxılıb.
Müzakirədən sonra kanalın adının “SAF TV”yə dəyişdirilməsihaqqında qərar qəbul edilib.