Bakı. Trend:
VIII ”Xarıbülbül” Beynəlxalq Folklor Festivalının təşkili iləəlaqədar xidmətlərinin satın alınması preosesi yekunlaşdırılıb.
Trend-inməlumatına görə, bununla bağlı Azərbaycan Respublikası MədəniyyətNazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti vəTəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə "AQS Group" MMCarsında satınalma müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, sözügedən festivalın təşkili ilə əlaqədarxidmətlərin müqabilində şirkətə 1,9 milyon manat ödənilib.
Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhurxanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həminilin mayında - Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkilolunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaqrespublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan),Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.