"Ukrayna ilə bağlı danışıqlarda Rusiyanın milli maraqları nəzərə alınmalıdır".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov ABŞ-nin vitse-prezidenti J.D.Vansın Rusiyanın danışıqlar prosesində həddən artıq çox şey istəməsi barədə sözlərini şərh edib.
"Biz milli maraqlarımızın nəzərə alınmasını istəyirik. Münaqişənin köklü səbəblərini aradan qaldırmaq üçün bu, çox vacibdir,. Çünki bu, bizim milli maraqlarımızla, təhlükəsizliyimizin təminatları ilə birbaşa bağlıdır", - Kreml sözçüsü bildirib.