AZ

2020-2024-cü illərdə Azərbaycandan 1 mlrd. dollara yaxın qızıl ixrac edilib - ARAŞDIRMA

Son illər Azərbaycanda qiymətli metalların ixracında artım müşahidə edilir. 2020-2024-cü illər ərzində Azərbaycandan 23 min 835.5 kq qızıl, 16 min 257.8 kq isə gümüş ixrac edilib.


Diaqramda 2020-2024-cü illərdə Azərbaycandan ixrac edilən qızıl və gümüşün illər üzrə həcmi verilib.

Göründüyü kimi, bu illər ərzində həcm baxımından ən çox qızıl ixracı 2021-ci ildə ( 6083.6 kq), gümüş ixracı isə 2022-ci ildə ( 5452 kq) qeydiyyata alınıb.

Ölkənin qızıl və gümüş ixracından əldə etdiyi gəlirlər

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-2024-cü illərdə ölkədən ixrac edilən qızılın ixrac dəyəri 958 milyon 688 min ABŞ dolları, gümüşün ixrac dəyəri isə 11 milyon 971 min ABŞ dolları təşkil edib.


Diaqramda hesabat dövründə illər üzrə Azərbaycanın ixrac etdiyi qızılın dəyəri verilib.

Göründüyü kimi, bu illər ərzində qızıl ixracının dəyəri ən yüksək göstəriciyə ötən il çatıb və 211.8 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, qızıl və gümüşün ixracında İsveçrə önəmli bazar olaraq qalır. Belə ki, hesabat dövründə Azərbaycanın qiymətli metalları bu ölkəyə ixrac edilib.

Azərbaycanda qızıl və gümüşün istehsalı

Hesabat dövründə Azərbaycanda ümumilikdə 15 min 371.1 kq qızıl, 23 min 984.2 kq gümüş istehsal edilib.

Qızılın ən yüksək istehsal həcmi 2020-ci ildə qeydə alınıb və il ərzində 3571.5 kq qızıl istehsal edilib.

Gümüşün ən yüksək istehsal həcmi isə 2022-ci ildə qeydiyyata alınıb və 7776.6 kq gümüş istehsal edilib.

Əlavə edək ki, ölkədən qızıl ixracı dedikdə “Sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda olan qızıl”, gümüş ixracı dedikdə isə “Qızıl və ya platinlə qalvanik örtüklü gümüş də daxil olmaqla” işlənməmiş şəkildə olan gümüş nəzərə alınır.

Seçilən
0
1
apa.az

2Mənbələr