AZ

Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

Ölkənin mədəniyyət və elm sahələrindəki inkişafına töhfə vermiş bir sıra şəxslərə Prezidentin fərdi təqaüdü verilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin Sərəncamına əsasən, mədəniyyətin və elmin inkişafında əhəmiyyətli xidmətləri olan aşağıdakı şəxslər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilib:

  • Axundov Elçin Əbdül oğlu

  • Amənzadə Raihə Barxudar qızı

  • Fərəcov Sərdar Fərəculla oğlu

  • Göyüşov Nəsib Cümşüd oğlu

  • Məmmədov Sabir Novruz oğlu

  • Rövşən Ramiz Məmmədəli oğlu

  • Yaqubova Ella İsmayıl qızı

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti təqaüdün tətbiqi ilə bağlı müvafiq məsələləri həll edəcəkdir.

Qeyd edək ki, bu addım Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Fərmana uyğun olaraq atılıb.

Seçilən
0
31
teleqraf.com

9Mənbələr