AZ

Tramp Ukraynada vasitəçilik üçün Ərdoğana müraciət edib » AzadMedia.az


Donald Tramp Rəcəb Tayyib Ərdoğandan Ukraynada vasitəçilik etməsini istəyib. Türkiyə prezidenti ABŞ-dan Qəzza zolağındakı vəziyyətə müdaxilə etməyi xahiş edib.
Amerika prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığında ondan Ukraynada vasitəçilik etməsini istəyib.

Türkiyənin “Hurryet” nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ rəhbəri Ərdoğana Ukrayna münaqişəsinə son qoymaq üçün vasitəçi kimi çıxış etməyi təklif edib.

Qəzet onu da yazır ki, Tramp Ərdoğanı həm Vladimir Putin, həm də Zelenski ilə danışıqlar apara bilən lider adlandırıb. Ərdoğanın özü də bu müraciətə müsbət cavab verib.

Onlar həmçinin dəqiqləşdiriblər ki, Türkiyə lideri öz növbəsində Trampdan Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını təmin etmək üçün Yaxın Şərqdəki vəziyyətə müdaxilə etməyi xahiş edib.

Bundan əlavə, nəşr vurğulayır ki, prezident Suriyanı müzakirə edib. Türkiyə prezidenti deyib ki, Təl-Əvivin hücumları Ərəb Respublikasının təhlükəsizliyini və sabitliyini təhdid edir.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr