Azərbaycan çempionatının I Liqasının liderləri “Qəbələ”, “Karvan” və “İmişli” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
İdman.biz xəbər verir ki, bu, AFFA-nın Lisenziya Komissiyasının iclasında rəsmiləşib.
İdman prinsiplərinə əsasən ilk “üçlük”də qərarlaşmaqla elitaya vəsiqə qazanan klubların üçünə də lisenziya verilib.
“Kəpəz”, “Səbail” və “Şamaxı” da Premyer Liqada oynamaq üçün lisenziya alıblar. Amma ilk iki komanda bunun üçün sonuncu olmamalıdır. Avrokuboklara lisenziya üçün müraciət edən 8 klub da avtomatik “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz”, “Zirə” də Premyer Liqada çıxış edəcək.
I Liqada çıxış edən daha iki klub Premyer Liqada oynamqq lisenziyası alıb. Amma “Baku Sportinq” və “Difai” yüksək yerlər tutmaması və liderlərin problemlə üzləşməməsi üzündən I Liqada qalacaq.
İdman.biz