AZ

Universitetdə baltalı hücum - 1 ölü, 1 yaralı

Polşada Varşava Universitetində baş verən baltalı hücum ölkədə şok effekti yaradıb.


Manset.az-ın məlumatına görə, 22 yaşlı hücumçu binaya daxil olaraq insanlara hücum edib.

Hadisə nəticəsində bir qadın ölüb, bir mühafizəçi isə ağır yaralanıb.

Universitet rəhbərliyi hadisəni “böyük faciə” adlandıraraq 8 mayı matəm günü elan edib.

Araşdırmalar davam edir.


Seçilən
0
manset.az

1Mənbələr