Çexiya hökumətinin Ukraynanın yenidən qurulması üzrə komissarı Tomaş Kopeçnının Praqada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə geydiyi corab Rusiyada kəskin tənqidlərə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə TN.cz məlumat yayıb.
Ötən həftə Zelenski Praqaya səfər edib. Onunla görüşdə Kopeçnı üzərində yanan Kremlin şəkli olan corablar geyinib.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov buna qəzəblə reaksiya verib.
"İndi Kopeçnı corab geyinir, alt paltarı geyinir, sabah isə ortezdə gələcək. Niyə biz bu qəribələrə elə baxırıq ki, sanki həyatımız onlardan asılıdır? Xəstələri psixiatra aparmaq lazımdır", - Federasiya Şurasının komitə sədrinin müavini deyib.
Həmçinin, bildirilir ki, Rusiya mediası Kopeçnının corabları ilə bağlı hiddətlə yazır.