AZ

Sabahdan Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin birhissəsində hərəkət məhdudlaşdırılacaq.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinəparalel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobilyolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar ƏhmədRəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli XanXoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanıyol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılmasıməqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurətiyaranıb.

"Qeyd olunanları nəzərə alaraq 09 may 2025-ci il saat 00:00-danbaşlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi iləkəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildənəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədənhərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələritövsiyə olunur.

Xatırladaq ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi tərəfindən paytaxtın bir sıra prospekt vəküçələrində razılaşdırılmış qrafikə uyğun olaraq əsaslıyenidənqurma işləri vaxt məhdudiyyətini nəzərə alaraq fasiləsizdavam etdirilir", - qurumdan bildirilib.

Məqalədə:
Seçilən
0
13
az.trend.az

10Mənbələr