AZ

İvanovkada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

İsmayıllı, 8 may, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı rayonunun İvanovka kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir İvanovka kəndində yerləşən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan tam orta məktəbdə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, görkəmli dövlət xadiminin əziz xatirəsini yad ediblər. Sonra Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İnzibati ərazi dairəsi üzrə nümayəndələr, ətraf kəndlərin təhsil işçiləri, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi bünövrəsini formalaşdıraraq, ölkənin sabitliyini və inkişafını təmin edib. Natiqlər Ümummilli Liderin xalqımızın tarixində əvəzsiz xidmətlərindən, dövlət quruculuğu sahəsində gördüyü işlərdən söz açıblar.

Məktəbin şagirdləri bədii kompozisiyalarla çıxış edib, şeirlər və səhnəciklər təqdim olunub.

Daha sonra tədbir Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının konsert proqramı ilə davam edib.

Seçilən
0
azertag.az

1Mənbələr