İran İslam həmrəyliyi şüarları altında çıxış etsə də, real siyasətdə bu prinsiplərə zidd addımlar atmaqda davam edir.
KONKRET.az xəbər verir ki, Hindistanla Pakistan arasında gərginliyin artdığı bir vaxtda, İranın Hindistanla bir sıra ikitərəfli sazişlər imzalaması ciddi suallar doğurur.
Məlumata görə, İranın xarici işlər naziri Hindistanla ticarət, gömrük və səhiyyə sahələrində əməkdaşlığa dair razılaşmalara imza atıb. Bu addım, bölgədəki mövcud siyasi və hərbi vəziyyət fonunda İslam dünyasının birliyinə qarşı atılmış ziddiyyətli bir addım kimi qiymətləndirilir.
Hər iki ölkənin xarici işlər nazirləri artıq iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az