Polşa Ukraynanın bərpasında iştirak etmək istəyən şirkətlərə 66 milyon dollar ayıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə İAR agentliyi məlumat yayıb.
"Ukraynanın bərpasında iştirak etməkdə maraqlı olan şirkətlər güzəştli kreditlər üçün müraciət edə bilər. Proqramın büdcəsi 250 milyon zlotıya bərabərdir", - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, sahibkarlar ərizələrini Ətraf Mühitin Mühafizəsi Bankı, Sosial və İqtisadi İnvestisiyalar Cəmiyyəti, Lyublin İnkişaf Fondu və Bilqoraj Regional İnkişaf Agentliyi vasitəsilə verə bilərlər. Bu təşkilatlar Polşa Milli İqtisadiyyat Bankı ilə müqavilə imzalayıblar.
Kreditin maksimal məbləği 2,6 milyon dollardan çox ola bilər. Bəzi şirkətlər, məsələn, tibbi şirkətlər əlavə güzəştlərə arxalana bilər.
QAZİLER.AZ