AZ

Dünyanın ən böyük avtomobil istehsalçısı tariflərə məruz qaldı

Dünyanın ən çox satılan avtomobil istehsalçısı olan Toyota 2025-2026-cı maliyyə ili üçün mənfəət proqnozunu 21 faiz azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkətin qərarı ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsirinin artması və yapon yeninin dəyər qazanması fonunda verilib.

Toyota 2026-cı ilin mart ayına qədər olan dövrdə əməliyyat mənfəətinin 3,8 trilyon yen (təxminən 26 milyard dollar) olacağını gözləyir.

Bu rəqəm, əvvəlki maliyyə ilində qeydə alınan 4,8 trilyon yendən əhəmiyyətli dərəcədə azalma deməkdir.

Lakin təxmin LSEG-in analitik sorğusunda orta hesabla 4,75 trilyon yen gözləntisinə yaxındır.

Seçilən
0
operativmm.az

1Mənbələr