AZ

Hollivud ulduzunun manyak heyranı: Paylaşımları ortaya çıxdı 

Hollivud ulduzu Jennifer Anistonın Los Angelesdəki malikanəsinə maşını ilə girməyə çalışan hücumçunun illərdir məşhur aktrisanı izlədiyi məlum olub.
Sherg.az xəbər verir ki, şübhələnin cümə axşamı günü məhkəməyə çıxacağı açıqlanıb.

48 yaşında olduğu öyrənilən şübhəlini sosial media hesablarını araşdıran polis, həmin adamın  Jennifer Aniston barədəki paylaşımlarına rast gəlib.
1 mart 2023-cü ildən etibarən edilən paylaşımlardan birində adam aktrisadan "gəlin" kimi bəhs edir.
Paylaşımlarında Anistonla görüşməyə çalışdığını bildirən Carvyle, aktrisaya sosial mediada dəfələrlə mesajlar və səs qeydləri göndərdiyi də məlum olub.

Onun 3 ilə qədər həbs cəzası tələb olunur. Polis, hadisə zamanı evdə olan 56 yaşındakı Anistonın şübhəli ilə əlaqə qurmadığını və heç kimin xəsarət almadığını bildirib.

Seçilən
0
sherg.az

1Mənbələr