Rusiya və Çin Ay səthində elektrik stansiyası inşa etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyası məlumat yayıb. Məlumata görə, “Roskosmos” ilə Çin Milli Kosmik İdarəsi Ay elektrik stansiyasının yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb. Sənəd Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən bugünkü görüşdən sonra qəbul edilən sənədlər siyahısına daxil edilib.
Rusiya tərəfi bildirir ki, planlaşdırılan elektrik stansiyası 2036-cı ilə qədər yaradılması nəzərdə tutulan Beynəlxalq Elmi Ay Stansiyası (MNLS) layihəsinə mühüm töhfə olacaq. Layihə çərçivəsində Ayda uzunmüddətli pilotsuz istismar və gələcəkdə insanın mövcudluğu perspektivi üçün fundamental kosmik tədqiqatlar və texnoloji sınaqlar həyata keçiriləcək.
Hazırda Rusiya-Çin ortaq layihəsinə artıq 13 ölkənin qoşulduğu qeyd olunur.
Fidan Hacızadə
Sfera.az