AZ

Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyası məlumat yayıb.

Latviya ilə Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Millimizlə görüşün biletlərinin qiyməti sektorlara görə 7-30 avro aralığında dəyişir. 

Latviyalılar iyunun 7-də millimizlə, üç gün sonra isə DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə qarşılaşacaq. Hər iki oyun paytaxt Riqada yerləşən “Skonto” stadionunda baş tutacaq.

Qeyd edək ki, millimiz Latviya ilə qarşılaşmadan üç gün sonra Bakıda Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Seçilən
0
fanat.az

1Mənbələr