AZ

Köçəryan və Sarkisyan qarşıdan gələn seçkilərdə qalib gəlməyimizə kömək edəcək... - Simonyandan gözlənilməz bəyanat

Yazını böyüt
Yazını kiçilt

Robert Köçəryan və Serj Sarkisyan (müvafiq olaraq Ermənistan Respublikasının ikinci və üçüncü prezidentləri – red.), həmçinin Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru – red.) və digər oxşar şəxslər qarşıdan gələn seçkilərdə qalib gəlməyimizə kömək edəcəklər.

Hafta.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu maraqlı bəyanatla Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 8-də jurnalistlərlə söhbətində çıxış edib.​

O, əmindir ki, bu adamlar efirə, meydana çıxsa, hakimiyyətin reytinqi yüksələcək. Simonyan əlavə edib ki, Vazgen Manukyan ( Ermənistan Respublikasının keçmiş baş naziri – red.) və arxiyepiskop Baqrat Qalstanyan da  onlaraqoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək.

"Əgər onlar birlikdə nəsə etməyə başlasalar, biz evdən çıxmağa belə, ehtiyac duymaya bilərik", - deyə​ erməni spiker əlavə edib.

Parlament sədri hakim “Vətəndaş sazişi” partiyasının xalqla ünsiyyətdə olacağına və 50 faiz +1 səs toplayacağına və çox güman ki, təkpartiyalı hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, o, heç bir qüvvə ilə koalisiya qurulmayacağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, əvvəlki parlament seçkilərində hakimiyyətin qələbəsinin açarı Ermənistanın ikinci prezidentinin mitinqi olub. Parlamentin sədri qeyd edib ki, Robert Köçəryan Ermənistanı Rusiya və Belarus birlik dövlətinə birləşdirmək niyyətindədir.

Seçilən
0
hafta.az

1Mənbələr