Məlumata əsasən, şagirdlər İslam dininin sələfi (vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdırlar.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, şagirdlərin məktəbdən yayınması problemi kompleks və çoxşaxəli səbəblərlə bağlıdır:
“Bu məsələnin həlli üçün yalnız inzibati tədbirlər deyil, həm də təhsil sistemində struktur islahatlar və ictimai maarifləndirmə vacibdir. Məktəbdən yayınmaların qarşısını almaq üçün təhsilin keyfiyyəti artırılmalıdır. İnsanlar məktəbdənkənar təhsilə ona görə üstünlük verirlər ki, məktəblər istədikləri səviyyədə təhsil və təlim verə bilmir. Məktəbi əsl təhsil ocağına çevirmək lazımdır. Valideynləri də tam qınamaq doğru deyil, çünki onlar da uşaqlarının məktəbdə istədikləri səviyyədə bilik almadığını görürlər. Repetitorluğa meyilin əsas səbəbi də məktəbdə təhsilin zəif olmasıdır. Bu sahədə ciddi islahatlar və dəyişikliklərə ehtiyac var. Fikirlər də nəzərə alınmadığı üçün belə davam edirik”.
Leyla Turan
Demokrat.az