AZ

"Qızıl top"a namizədlərin siyahısında dəyikiklik oldu - PSJ-nin 2 oyunçusu...

"Qızıl top" uğrunda mübarizə aparan oyunçuların reytinqini yenilənib.

Fanat.Az xəbər verir ki, PSJ-nin vingeri Usman Dembele sıralamada ilk yerə yüksələrək mükafatı qazanmağa əsas namizəddir.

Bu barədə “Football 365” məlumat yayıb.

"Barselona"nın vingeri Lamin Yamal iddialılar siyahısında ikincidir. Kataloniyalıların Çempionlar Liqasından kənarda qalmasına baxmayaraq, futbolçunun seçilmək şansı hələ də yüksək qiymətləndirilir.

Favoritlər "üçlüy"ünü PSJ-nin qapıçısı Canluici Donnarumma tamamlayır. İtaliyalı qolkiper Çempionlar Liqasının yarımfinalında “Arsenal”la görüşlərdə fantastik oynayıb. O, 1963-cü ildən sonra "Qızıl top" alan ilk qapıçı ola bilər. 

İlk "beşliy"ə həmçinin, “Barselona”nın cinah oyunçusu Rafinya və “Liverpul”un ulduzu Məhəmməd Salah da daxildir. Bu oyunçular komandaları Çempionlar Liqasından kənarlaşdırılmazdan əvvəl "Qızıl top" üçün favorit idilər.

Xatırladaq ki, ötən il nüfuzlu mükafatın qalibi "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri olub.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr