“Real” müdafiəçisi David Alaba ilə yollarını ayırmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, bu qərarın əsas səbəbi, avstriyalı futbolçunun son dövrlərdə tez-tez zədələnməsidir.
2023-cü ilin dekabrında “Vilyarreal”la oyunda sol dizində çarpaz bağların qopması nəticəsində Alaba təxminən 13 ay yaşıl meydanlardan uzaq qaldı.
2025-ci ilin yanvarında komandaya qayıdan futbolçu qısa müddət sonra sol bud əzələsində yeni bir zədə aldı.