AZ

Məşhur hüquq müdafiəçisi 65-dən yuxarı yaşlı məhkumların əfvinə xüsusi önəm verdi...


“Bu həm humanist adım olar, həm də hər bir ailəni sevindirmək Allaha da xoş gedər” - Novella Cəfəroğlu

“Bizim monitorinq qrupu əfv komissiyasına yazılan məktublarda bu məsələləri qaldırır. Hətta ömürlük həbsdə olanların məsələsini vurğulayırıq, 20 ildən cox həbsdə olan insanların da adlarını çəkirik, qanunda dəyişiklik edilməsini istəyirik”.

Bunu “Bakı-Xəbər”ə açıqlamasında “Konstitusiya və Suverenlik ili” münasibətilə veriləcəyi gözlənilən əfv və ya amnistiya aktında yaşı 65-dən yuxarı olan məhbusların azadlığa buraxılmasının nəzərə alınmasına münasibət bildirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu hesab edir ki, qanunvericilikdə dəyişikliklər olunmalıdır, çünki buna zərurət var.

“Bu qanun çərçivəsində olsun. Caniləri nəzərdə tutmuruq, onları demirik. Cavan insanlar, “OMON”çular, “Qaranquş” “otriyadında” 18 yaşında olan gənclər bilməyə-bilməyə ora daxil olublar. Bunlar hamısı 20 ildən coxdur cəzalarını çəkiblər. Komissiyaya onlar haqda da yazırıq.Bu həm humanist adım olar, həm də hər bir ailəni sevindirmək Allaha da xoş gedər” - deyə N.Cəfəroğu vurğuladı.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr