AZ

27 yaşlı zambiyalı model Moskvada ölüb

Zambiyalı model Silavve Noks Moskvanın mərkəzində kirayə yaşadığı mənzildə ölü tapılıb.

Far.Az xəbər verir ki, cəsəd duş kabinəsində aşkarlanıb.

Məlumata görə, 27 yaşlı zambiyalı ingilis dilindən dərs deyib və fotosessiya üçün part-time model işləyib.

Bir neçə gündür ki, o heç kimlə nə əlaqə saxlayıb, nə də işə gedib.

Bundan sonra onun iş yoldaşları polisə müraciət edib.

Modelin evinə gələn FHN əməkdaşları əməkdaşları mənzilin qapısını sındırıb və duş kabinəsində modelin meyitini aşkar ediblər.

Onun ölüm səbəbi hələlik məlum deyil. Noksun şəkərli diabetdən əziyyət çəkdiyini və tez-tez klinikada müalicə aldığı bildirilib. 

Seçilən
0
far.az

1Mənbələr