AZ

Birinci xanım Ağ Evə gəlmir: Onun da işlərini Tramp görür

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdə nadir hallarda görünür.

Publika.az xəbər verir ki, Tramp məcbur olub birinci xanım da vəzifəsini yerinə yetirir. Bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra Melaniya Ağ Evdə ümumilikdə 14 gündən az vaxt keçirib. Prezident onun bir sıra vəzifələrini öz üzərinə götürüb.

O, Ağ Evin iqamətgahı üçün bəzək əşyaları seçir, Qızılgül bağını bəzəyir, Şərq Qanadında tur qruplarını salamlayır.

Melaniyanın bu davranışının səbəbi uzun müddətdir ailənin təhlükəsizliyi ilə bağlı narahatlığın ola biləcəyi göstərilir. Trampa qarşı sui-qəsd cəhdləri bu narahatlığı tətikləyir.

Seçilən
0
1
publika.az

2Mənbələr