Asiyada Hindistan və Pakistan arasında müharibənin şiddətləndiyi bir vaxtda Şimali Koreya da bölgədə gərginliyi artırıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) açıqlayıb ki, Şimali Koreya Yapon dənizinə doğru çoxsaylı qısa mənzilli ballistik raketlər atıb.
Raketlərin Vonsan şəhərindən atıldığı və maksimum 800 km məsafə qət edərək Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü bildirilib.