Üçüncü mövsümü yayımlanacaq "Prens" filminin qala gecəsi keçirilib.
Kulis.az xəbər verir ki, istehsalçı şirkət və serialın yayımlanacağı platforma arasında yaranan böhrana görə aktyorlar və texniki heyət premyerada iştirak etməyib.
Premyeradan əvvəl "MGX Production" ilə "Max" yayım platforması arasında qonaq problemi yaşanıb. "Max" müəyyən sayda insanın premyeraya dəvət olunmasını istəsə də, "MGX Production" bütün aktyorların və texniki heyətin iştirak etməsini istəyirdi. Baş rolu canlandıran Giray Altınok başda olmaqla aktyorlarpremyerada iştirak etməyəcəklərini bildiriblər.
“Seriala birlikdə çəkildiyimiz bütün zəhmətkeş dostlarımızı qala gecəsində görmək istərdik” deyərək qalada iştirak etməyəcəyini deyən Giray Altınok və komanda yoldaşları dediklərini edərək öz seriallarının qalasına gəlməyiblər.