AZ

"NATO və Aİ ölkələri Trampla əməkdaşlığı qoruyub saxlamaq istəyir"  - "The Financial Times"

 
"Pul, pul, pul...Tramp başqa heç bir mövzuda danışmaq istəmir, digər məsələlər gözləyə bilər..."
 
NATO sammitinin iştirakçıları ABŞ prezidentinin qərarları ilə bağlı təxribat xarakterli ictimai müzakirələrdən çəkinməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.
 
Avropa İttifaqı ölkələrinin hökumətləri ABŞ-la bağlı bütün mühüm qərarların, o cümlədən əhəmiyyətli müdafiə investisiyalarının NATO sammitinin nəticələri bəlli olana qədər təxirə salınmasına çağırır. Bu barədə diplomatlar və məmurlar nəşrə məlumat verib.
 
Bundan başqa, NATO rəsmiləri sammitin miqyasının minimuma endirilməsini istəyir ki, Trampın bu tədbir zamanı nə edə biləcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda onunla toqquşmaların qarşısı alınsın.
 
"Məqalədə deyilir ki, Trampı 24-25 iyun tarixli görüş zamanı sakitləşdirməyin yolları ilə bağlı əsas Avropa liderləri və NATO-nun baş katibi Mark Rütte arasında intensiv danışıqlar aparılır, eyni zamanda paytaxtlar Avropa Komissiyasını da sammit ərəfəsində Ağ Evə qarşı aqressiv mövqedən çəkinməyə çağırırlar".
 
Rəsmilərin sözlərinə görə, iştirakçılar Trampın tətbiq etdiyi rüsumlara cavab olaraq ticarət tədbirləri, müdafiə satınalmaları ilə bağlı qərarların təxirə salınması və ABŞ-ın Ukrayna məsələsinə yanaşması, həmçinin Qrenlandiyanın ilhaqı ilə bağlı ritorikası üzrə açıq və təxribat xarakterli müzakirələrdən qaçmalıdır.
 
"Sammit ərəfəsində böyük gərginlik hökm sürür. Ümumi fikir odur ki, Trampı ora gətirib, eşitmək istədiyi sözləri demək və onu heç bir fəlakət olmadan oradan çıxarmaq lazımdır", - Avropa İttifaqından yüksək vəzifəli bir məmuru nəşrə deyib.
 
Eyni zamanda NATO-dan yüksək rütbəli başqa bir məmur əlavə edib: "Bizə ABŞ-dan Avropaya məsuliyyətin ardıcıl şəkildə ötürülməsi üçün etibarlı plan lazımdır. Bu, yeganə və əsas prioritet hər şeydən üstündür".
 
Öz növbəsində, amerikalı rəsmilər NATO üzrə müttəfiqlərinə bildirib ki, Tramp sammitdə iştirak etməyi planlaşdırsa da, NATO-nun digər 31 ölkəsi ölkəsi Avropanın müdafiəsinə daha çox vəsait ayırmaq və daha çox öhdəlik götürmək barədə razılığa gəlməsə, sammiti ləğv edə bilər.
 
"Pul, pul, pul...Tramp başqa heç bir mövzuda danışmaq istəmir, digər məsələlər gözləyə bilər", - avropalı diplomatlardan biri qeyd edib. Rəsmilərin sözlərinə görə, bu, əvvəlki sammitlərdə müzakirə olunan əsas siyasi məsələlərin - Ukraynanın Aİ-yə üzvlük müraciəti, Asiya tərəfdaşları ilə münasibətlər və iqlim dəyişikliyi ilə bağlı məsələlərin əhəmiyyətinin xeyli azalmasına səbəb ola bilər.
 
"Avropa ABŞ-ın məsuliyyətdən çəkiləcəyinə hazır olmalıdır. Bu tam real bir vəzifədir. Bu yolla getmək mümkündür, amma amerikalıların bizə dediklərini eşitməməzlikdən gələ bilmərik", - Polşa xarici işlər naziri Radoslav Sikorski vurğulayıb.
Seçilən
0
moderator.az

1Mənbələr