Belarus başqa dövlətlərə qoşulmağı planlaşdırmır.
Publika.az xəbər verir ki, bunu Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılışı zamanı respublika prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, Belarus ən qabaqcıl texnologiyaları öyrənir. O hesab edir ki, bu, bir və ya iki addımı atmaqla inkişaf etməyin yeganə yoludur. Dövlət başçısı vurğulayıb ki, gələcəyə istiqamətlənməmək ölkənin daimi zəifliyinə gətirib çıxaracaq.
“Bizi davamlı olaraq arxadan itələyəcəklər, siz isə mətbəxdə pıçıldayacaqsınız: “Sabah hansı kompozisiyaya girəcəyik? Hansı ölkə ilə birləşəcəyik?” Biz heç yerə girməyə hazırlaşmırıq, həmişə yaxınlıqda dayanacağıq, amma yaxınlıqda durmaq üçün yanımızda olanlara maraqlı olmalıyıq”, - Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, Belarus müasir texnologiyalara yiyələnməli və müasir obyektlər yaratmağı bacarmalıdır. Onun sözlərinə görə, yeni Beynəlxalq Sərgi Mərkəzinin arxasında məhz bu ideya dayanır.