AZ

 Azərbaycan-Vyetnam əlaqələrinin bünövrəsi Heydər Əliyevin dövründə qoyulub- ANALİZ

Vyetnamın lideri Ho Şi Minin vaxtilə Azərbaycana səfəri və ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında dostluq və qarşılıqlı hörmətin göstəricisidir. Vyetnamın Azadlıq Müharibəsi və ölkənin birləşməsi prosesində, Azərbaycan SSRİ-nin tərkibində olsa da, Vyetnama göstərilən mənəvi və siyasi dəstək Vyetnam xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu tarixi əlaqələr bu gün də davam edir. Hazırda Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində – o cümlədən Qoşulmama Hərəkatı, BMT-nin aidiyyəti strukturları, AQƏM və digər beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq imkanlarını inkişaf etdirirlər. Bu əməkdaşlıq gələcəkdə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Azərbaycan və Vyetnam arasında münasibətlərin köklü tarixi var:

"Müxtəlif coğrafiyaların iki fərqli ölkəsi üçün sual yaranır ki, nə kimi əlaqələri ola bilər? Lakin elə deyil. Sovetlər dönəmində xüsusilə Azərbaycanın cənub sərhədlərində yerləşən respublika olması baxımından Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə Azərbaycan üzərindən təmaslar qurulub. Eynilə münasibətlər hələ SSRİ dövründən formalaşmağa başlayıb. Həmçinin hazırda əlaqələr inkişaf edir və siyasi-iqtisadi, diplomatik sahədə kifayət qədər ciddi perspektivlər mövcuddur. Vyetnam inkişafda olan ölkədir. O cümlədən ciddi mənada ucuz işçi qüvvəsi var. Ən önəmlisi isə indiki məqamda siyasi sabitliyi ilə seçilir. Azərbaycan və Vyetnamın bir-birinə yaxın gələcəkdə qarşılıqlı faydası mümkündür. Ümumiyyətlə Ulu öndər Heydər Əliyevin dövründə də Azərbaycan-Vyetnam əlaqələri yüksək səviyyədə qurulmuşdu".

Politoloq əlavə edib ki, nəzərə alaq ki, beynəlxalq münasibətlər sistemində ölkələrin coğrafiyasından asılı olmayaraq bir-biri ilə dəstək, əməkdaşlıq məsələləri vacibdir:
"Bu mənada Vyetnamla qarşılıqlı əməkdaşlığın gələcəyi və müsbət tərəfləri var. Eyni zamanda vyetnamlı gənclərin qarşıda ölkəmizdə, xüsusilə Qarabağ Universitetində güzəştli şərtlərlə təhsil alması mühüm məqamlardandır".
Seçilən
0
sherg.az

1Mənbələr