Çeçenistan rəhbəri Ramzan Kadırov dünən Vladimir Putinlə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, öz sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən Kadırov görüşü “məhsuldar” adlandırıb.
Onun sözlərinə görə, Putin Kadırovun mümkün istefası ilə bağlı şayiələrə toxunub. Putin deyib ki, onun və Çeçenistan rəhbərinin “hələ çox işi var”: “O dedi ki, hələ çox işimiz var və mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm”.
Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. Onun istefası barədə söhbətlər elə öz açıqlamasından sonra meydana gəlib. Belə ki, Kadırov vəzifəsindən getmək istədiyini və istefasının qəbul olunacağına ümid etdiyini demişdi. İndi isə kimlərisə şayiə yaymaqda günahlandırır...
Telegram kanalımız