Avropa Komissiyası Ukraynaya 1 milyard avro həcmində maliyyə yardımı tranşı ayıracaq.
Avropa Komissiyası (AK) Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardımı kreditinin dördüncü tranşını ayıracağını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu kreditlər Aİ-də immobilizasiya olunmuş Rusiyanın dövlət aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilməlidir.