AZ

ABB-də rekord: səhmdarlara 200 milyon manat dividend ödənəcək

ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaratdı.

Axar.az xəbər verir ki, bu sözləri ABB idarə heyətinin sədri Abbas İbrahimov 2024-cü ilin dayanıqlılıq hesabatına dair mətbuat konfransı zamanı deyib.

“Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək və səhmdarlarımıza 200 milyon manat dividend ödəniləcək.

Yeddi ildir səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividentlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir.

7 may tarixində Səhmdarların Ümumi Yığıncağında bununla bağlı qərar qəbul edildi ki, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq.

Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri bir ay ərzində səhmdarlarımızın hesablarına köçürüləcək. Hətta, bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək”, - İbrahimov bildirib.

Seçilən
0
axar.az

1Mənbələr