AZ

ABB Şuşada yeni filial açmağa hazırlaşır: Qarabağ layihələrinə yüz milyonlarla manat dəstək

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin may ayında Şuşa şəhərində yeni filial açmağı planlaşdırır.

Finss.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda filialın açılması ilə bağlı hazırlıq işləri aparılır. “ABB işğaldan azad olunmuş ərazilərdə ilk filial açan bank olub. Hazırda Xankəndi şəhərində fəaliyyət göstərən filialımız müştərilərə xidmət göstərir. Bu ay isə Şuşada da filialımızı istifadəyə verməyi planlaşdırırıq,” – deyə A.İbrahimov bildirib.

Bank rəhbəri vurğulayıb ki, ABB Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işlərinə dəstək məqsədilə həm dividend gəlirləri, həm də digər maliyyə mənbələri hesabına yüz milyonlarla manat həcmində vəsait yönəldib.

“Dəqiq rəqəm demək çətindir, çünki maliyyələşmələr mərhələli şəkildə həyata keçirilir – bir layihə üçün kredit ayrılır, o yekunlaşdıqdan sonra digər layihə üzrə maliyyə təminatı verilir. Hazırda Qarabağda infrastruktur layihələrində iştirak edən şirkətlərin böyük əksəriyyəti ABB-nin müştəriləridir,” – deyə ABB sədri qeyd edib.

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr