AZ

Qasım Mohiuddin: Azərbaycandan idxal olunan mallara qadağa tətbiqini təəssüf və narahatlıqla qarşılayırıq

BAKI, 8 may. TELEQRAF

"Aldığımız məlumata görə, Hindistan tərəfindən Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilib. Bu addımı son dərəcə təəssüf və narahatlıqla qarşılayırıq".

Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.

"Belə bir qərar, iki ölkə arasında mövcud olan iqtisadi və ticarət əlaqələrinə zərbə vurmaqla yanaşı, qarşılıqlı etimadın zədələnməsinə də səbəb ola bilər. Bu isə regionda onsuz da kifayət qədər gərgin olan vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər", - səfir qeyd edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr