AZ

Parisi bu dəfə dərviş yox, azarkeşlər dağıtdı: 43 nəfər həbs edilib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "PSJ" – "Arsenal" cavab görüşündən (2:1) sonra Parisdə baş verən iğtişaşlar zamanı polis 43 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Fransanın paytaxtında təhlükəsizliyin təmin edilməsi üçün təxminən iki min polis əməkdaşı səfərbər olunub. İğtişaşlar zamanı bir avtomobil piyadaların üstünə sürülüb, ardınca isə azarkeşlər həmin maşını yandırıblar.

Qeyd edək ki, finalda PSJ "İnter"lə qarşılaşacaq. Oyun mayın 31-də Münhendə keçiriləcək.

Seçilən
0
publika.az

1Mənbələr