AZ

Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir

ABŞ-də aparılan yeni peyk radar araşdırması ölkənin ən sıx məskunlaşdığı 28 şəhərində yer səthinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü ortaya çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, araşdırma 2015-2021-ci illər arasında təhlil edilən bütün şəhərlərdə şəhər torpaqlarının ən azı 20 faizinin dağıldığını müəyyən edib. 

Təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə çöküşün başda urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması olmaqla müxtəlif amillərin səbəb olduğu qeyd edilib.

Ekspertlərin fikrincə, bu, infrastrukturun təhlükəsizliyi və daşqın riski baxımından ciddi problemlərə səbəb ola bilər.

Seçilən
0
1
operativmm.az

2Mənbələr