AZ

Azərbaycanda məşqçiyə 5 oyunluq cəza

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi U-15 Qızlar Liqasında mübarizə aparan "Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilovanı cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul olunub.

Qərarda bildirilib ki, AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində “Şəfa” ilə oyunun 36-ci dəqiqəsində “Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilova rəqib futbolçunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 5 matçlıq cəzalandırılsın.

Seçilən
0
2
teleqraf.com

4Mənbələr