AZ

"Arsenal"ın yarımfinal kabusu davam edir

Çempionlar Liqasının yarımfinal mərhələsinin Londonda baş tutan ilk oyununda PSJ-yə 0:1 hesabı ilə uduzan "Arsenal" Paris təmsilçisi ilə səfər matçında da məğlub olaraq (1:2) antirekorda imza atıb

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" bütün turnirlərdə çıxdıqları son 8 yarımfinal qarşılaşmasında qələbə qazana bilməyiblər.

Bu görüşlərdə 6 məğlubiyyət alan London təmsilçisi 2 dəfə heç-heçə edib. 

Belə ki, "Arsenal" 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun yarımfinalında hər iki matçda "Nyukasl"a uduzub. Eyni turnirin eyni mərhələsində, 2021/2022 mövsümündə isə paytaxt komandası "Liverpul"un öhdəsindən gələ bilməyib - 0:0, 0:2. "Vilyarreal"a qarşı Avropa Liqasındakı mübarizə də "qırmızı-ağlar" üçün uğursuz alınıb. 2020/2021 mövsümünə təsadüf edən duellərdən birincisi 1:2, ikincisi 0:0 hesabı ilə yekunlaşıb.

Nihat  

Seçilən
0
fanat.az

1Mənbələr