Bakı, 8 may, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasının XXXV turunda keçiriləcək “Barselona” – “Real Madrid” oyununun hakimi açıqlanıb.
AZƏRTAC İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, mövsümün son “El-Klasiko”su Alexandro Xose Ernandes Ernandesə tapşırılıb. Mayın 11-də təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda Kataloniya klubu 79 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən 4 xal geri qalan Madrid təmsilçisi 2-ci pillədə qərarlaşıb.