AZ

Pakistan səfiri: Cənubi Asiya regionunda sülhə və sabitliyə ciddi təhdid yaradır

BAKI, 8 may. TELEQRAF

Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Son günlərdə Hindistan hökumətinin və hərbi qüvvələrinin sərgilədiyi aqressiv ritorika və hərəkətlər, Cənubi Asiya regionunda sülhə və sabitliyə ciddi təhdid yaradır. İki ölkə Hindistan və Pakistan arasındakı tarixi gərginlik fonunda bu cür addımlar vəziyyətin daha da alovlanmasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.

Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Məlumata görə, Hindistan Silahlı Qüvvələri sərhəd bölgələrində yerləşən bir sıra yaşayış məntəqələrini atəşə tutub. Bu hücumlar nəticəsində dinc əhali arasında tələfat və yaralanmalar olduğu bildirilir. Beynəlxalq hüquqa görə, mülki obyektlərin və əhalinin hədəf alınması ciddi pozuntu sayılır və bu, Hindistanın beynəlxalq arenada tənqid olunmasına səbəb ola bilər.

Seçilən
0
teleqraf.com

1Mənbələr